Bazar ertəsi , Sentyabr 7 2026
azfa

Türkiyə ordusu şəhəri terrorçulardan azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində Bülbül şəhər mərkəzini və Ali Kar kəndini nəzarətə götürüb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, Ali Kar kəndinin alınması ilə daha əvvəl nəzarətə götürülən Şenkal və Zəhran bölgələri arasında bağlantı xətti yaradılıb.

Beləliklə, 13 gündür ki, aparılan “Zeytun budağı” əməliyyatında toplam 27 strateji nöqtə nəzarətə götürülüb.

Digər tərfdən isə Kürd terror təşkilatları Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb. Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.

Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.

Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir.

Həmçinin yoxlayın

Xoy sənaye şəhərciyində “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və tənqidlər- Video

GADTB: Xoy sənaye şəhərciyində fəaliyyət göstərən “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və …

Əli Babayi ilə bağlı yeni cinayət işi; həbs cəzalarının ümumi müddəti 7 il 3 aya qaldırıldı

GADTB: Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Əli Babayi yeni məhkəmə işi üzrə “rejim …

Bir cavab yazın