Cümə , Noyabr 14 2025
azfa

Türkiyə ordusu təhlükəli PKK terrorçularını İraq və Suriyada məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri olan Songül Coşqunu məhv edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“S.Coşqun İraqın şimalında TSQ-yə qarşı aktiv döyüşlərdə iştirak edib. Onunla birlikdə daha bir neçə terrorçu da məhv edilib” – məlumatda qeyd olunub.

Digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı əməliyyat təşkil edib. Əməliyyat nəticəsində 9 PKK terrorçusu məhv edilib.

Qeyd edək ki, İraq ərazisində PKK-ya qarşı əməliyyatlar martın 10-da başlayıb. Əməliyyatların başlanğıcından indiyə qədər 50 terrorçu məhv edilib.

Həmçinin yoxlayın

Xameneyinin ölümü ABŞ və İsrail üçün molla rejimini dəyişmək imkanı yarada bilər

GADTB: “Jerusalem Post” qəzeti yazır ki, İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkədə yaranacaq …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İran üçün həyəcan təbili – Tehran təxliyə edilir?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın