Bazar ertəsi , Fevral 10 2025
azfa

Türkiyə ordusundan Afrində tarixi qələbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edir. Gün ərzində 7 kəndi terrorçulardan azad edən türk ordusu strateji əhəmiyyətli mövqeləri birləşdirib.

Türkiyə mediasının məlumatına görə, türkiyə ordusunun irəliləməsi nəticəsində Azezlə Şeyx Xoruz arasındakı yol açılıb, Azez-Bülbül bölgələri arasındakı cəbhə xətləri isə birləşdirilib. Əməliyyat çərçivəsində Zeytunə kəndi ilə yanaşı, Alpaviran, Xəyyam, Surain, Çarxanlı, Mərvanə və Heygecə kəndləri də PYD-YPG terrorçularından təmizlənib.

Qarşıdakı günlərdə isə daha sürətli şəkildə Afrinin mərkəzinin mühasirəsinə başlanılacaq. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı deyib.

“Bu günə qədər 1715 terrorçu zərərsizləşdirilib, 32 şəhidimiz var. Həm təhlükəsizlik qüvvələrimizin həyatını riskə atmamaq, həm də mülki vətəndaşlar üçün həssaslıqla hərəkət etdiyimiz üçün yavaş irəlilədiyimiz düşünülə bilər. Bu həqiqəti heç kim unutmamalıdır. Biz oraya qarşımıza çıxanı vurub-dağıtmaq üçün getməmişik. Hələ də ölkəmizdə yaşayan yüzminlər üçün təhlükəsiz və yaşanılacaq bir bölgə yaratmaq naminə ordayıq. Dolayı yolla addım atdığımız hər yerin bundan sonra təhlükəsiz qalması bizim üçün olduqca vacibdir. Eyni zamanda, ərazidə müəyyən hazırlıqların aparılması da vaxt tələb edir”, – Ərdoğan bildirib.

Həmçinin yoxlayın

Molla rejimin Urmiya gölünü qurutması gölün şərqinə yağıntıları kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün son günlər ppeykdən çəkilmiş şəkli göstərir …

İran Futbol federasiyası haqsızlığa məruz qalan “Traxtur” komandasını da cəzalandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Futbol Federasiyası yanvarın 26-da “Traxtur” və “Perspolis” …

Bir cavab yazın