Bazar ertəsi , Fevral 9 2026
azfa

Türkiyə rəsmisi: PUA-larımız və raketlərimiz Azərbaycanın əmrindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Administrasiyasının Müdafiə sənayesi şöbəsinin rəhbəri İsmayıl Dəmir deyib ki, PUA-larımız Azərbaycanın əmrindədir.

İ.Dəmir bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ordu komandanı Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovla görüşüblər:

“İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz bir vaxtda müdafiə sənayesi ilə bağlı əməkdaşlıq haqqında müzakirələr apardıq. Müdafiə sənayemiz, PUA-larımız, raketlərimiz, elektron müharibə sistemlərimiz öz təcrübəsi, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın ixtiyarındadır! Azərbaycan Ordusuna yeni sistemlər gətirməklə yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, texniki xidmət və təlim fəaliyyətləri ilə bağlı birlikdə çalışacağıq. “Bir millət iki dövlət!”

Həmçinin yoxlayın

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

Bir cavab yazın