Türkiyə S-400-ün hissələrini istehsal edəcək

Rusiya Türkiyədə S-400 “Triumf” hava hücumundan müdafiə sistemlərinin elementlərinin istehsalını razılaşdırıb.

Bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr mixeyev deyib.

“Biz Türkiyə ilə S-400-lə bağlı texnoloji əməkdaşlığa başlamışıq. Bəzi elementləri dəqiqləşdiririk, bu istiqamətdə işlərə başlamışıq”, – Mixeyev bildirib.

Onun sözlərinə görə, mövcud müqavilə təkcə Türkiyəyə hava hücumundan müdafiə sistemlərinin tədarükünü deyil, həm də onun ərazisində S-400 komponentlərinin bəzilərinin istehsalını nəzərdə tutur.

Həmçinin yoxlayın

Ynet: İsrail ABŞ-ın genişmiqyaslı hücumuna hazır idi, lakin Tehran vaxt qazandı

GADTB: Ynet nəşrinin yaydığı məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyini açıqladığı …

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …