Bazar , Noyabr 29 2026
azfa

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli dəniz topu bütün sınaqlardan uğurla çıxdı.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Donanmamız 5 fərqli atış modulu ilə dəqiqədə 80 atış etmək qabiliyyətinə malik olan bu silah sayəsində daha da güclənib. Bundan başqa xaricdən tədarük zamanı olan yüksək xərc və gizli embarqolar da artıq tarixə qarışacaq”, – deyə ölkə lideri qeyd edib.

Qeyd edək ki, ABŞ-ın təzyiqləri ilə İtaliya Türkiyəyə dəniz toplarının satışını dayandırmışdı. Bundan sonra Türkiyədə mühəndislər yerli imkanlar hesabına milli dəniz topunu istehsal etməyə müvəffəq oldular.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …