Cümə axşamı , Dekabr 26 2024
azfa

Türkiyə Suriyada əməliyyatları dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri müxalif qüvvələrlə birlikdə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyatları dayandırıb.

Bu qərar rəsmi Ankaranın göstərişi ilə qəbul edilib.

Əməliyyatlar Rusiya heyəti ilə Türkiyə paytaxtında aparılan müzakirələrdən sonra dayandırılıb.

Danışıqlara Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Sergey Verşin və Prezident Vladimir Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev rəhbərlik edib.

Görüşdə Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Kəşfiyyat Təşkilatının, eyni zamanda Rusiyanın hərbi və kəşfiyyat qurumlarının təmsilçiləri iştirak ediblər.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın