Cümə , Dekabr 27 2024
azfa

Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının təməli qoyuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının 1-ci blokunun təməlqoyma mərasimi keçirilib.

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsi  mərasimə qatılıblar.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Atom Elektrik Stansiyası istifadəyə verildikdən sonra Türkiyə istehlakçılarını ucuz və təmiz enerji ilə təmin edəcək: “Birinci blokun Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Stansiyanın istehlakçıların 10 faiz tələbatını ödəyəcəyi planlaşdırlır”.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün dünya Türkiyənin inkişafı və enerji sahəsində Türkiyə-Rusiya münasibətləri sahəsində tarixi bir hadisəyə şahid olur: “S-400, “Türk axını” və indi təməlini qoyacağımız Akkuyu Atom Elektrik Stansiyası iki ölkə arasında birgə layihələrdən bir neçəsidir. İki ölkə Suriyadakı terror təhdidi və toqquşmaların sona yeritməsi ilə bağlı da əməkdaşlıq edir. Türkiyə 2023-cü ildən etibarən nüvə enerjisi istehsalından istifadə edən ölkə olacaq. Enerji səbətimizi daha da sağlamlaşdıracağıq. Bu stansiya enerji təhlükəsizliyinə töhfə verərək iqlim dəyişikliyində də vacib rol oynayacaq”.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın