GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan daha bir hərbi dron silahlanmaya qəbul edilib.
Bu barədə Türkiyənin Müdafiə Sənaye Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.
Bildirilir ki, “Boyqa” adlı dron tamamilə yerli resurslarla STM şirkəti tərəfindən hazırlanıb. Dron bütün sınaqlarını tamamladıqdan sonra Türkiyə ordusuna təhvil verilib.
30 dəqiqə havada qala bilən dron 81 mm çaplı sursatlarla hədəflərini məhv etməyi bacarır. Taktiki dron 15 kiloqram çəkiyə malikdir, onu 5 kilometr məsafədən idarə etmək olar.