GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın Afrin şəhərində Türkiyə hərbçilərindən biri etdiyi hərəkətlə terrorçu YPG-çiləri biabır edib.
Axar.az xəbər verir ki, sözügedən hərbçinin məsləhəti ilə uca bir nöqtəyə tank maketi qoyulub.
Tank maketini görən terrorçular dərhal həyəcanlanıb və onu vurmaq üçün hazırlıqlar görüblər.
Raketlə nişan alıb maketi aşırdıqdan sonra terrorçuların sevinci uzun çəkməyib.
Belə ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımladıqdan sonra onlar hədəf alınanın maket olduğunun fərqinə varıblar və gülünc duruma düşüblər.
Həmin olayın görüntülərini təqdim edirik: