Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında protokol imzalanıb

GADTB: Türkiyə ilə Şimali Kipr Türk Respublikası (ŞKTC) arasında ətraf mühit və şəhərsalma sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə dair üç protokol imzalanıb.

Lefkoşada iki ölkənin nümayəndə heyətləri arasında baş tutan görüşdən sonra keçirilən imzalama mərasimində ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Türkiyənin Lefkoşadakı səfiri Yasin Ekrem Serim, Şimali Kipr Türk Respublikası  Baş nazirinin müavini  turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı ilə daxili işlər naziri Dursun Oğuz iştirak ediblər.

Mərasimdən sonra açıqlama verən Murat Kurum deyib: ”Kiprdəki türk xalqının  rifahı və inkişafı üçün bütün vasitələr səfərbər edilir. Ortaq gələcək üçün işləməyə davam edirik”.

Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu isə öz növbəsində Türkiyə ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib və imzalanan protokolların ölkənin əsas ehtiyacları arasında olduğunu qeyd edib.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …