GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə 2019 Ədəbiyyat üzrə Nobel mükafatının Bosniya soyqırımını inkar edən və Serb qatliamını müdafiə edən Peter Handkeye verilməsi səbəbi ilə mükafat mərasiminə qatılmayacaq.
Türkiyənin Stokholmdakı səfiri Haqqı Əmrə İsveçin paytaxtı Stokholmda 10 dekabrda keçiriləcək mükafat mərasiminə dəvət edildiyini, ancaq boykot məqsədi ilə qatılmayacağını bildirib.
İsveç Akademiyasının Nobel Komitəsinin hər iki üzvü Peter Handkeyə verilən mükafata qarşı olaraq istefa edib, digər bir üzv isə mükafat mərasimini boykot edəcəyini açıqlayıb.
Qeyd edək ki, ədəbiyyat üzrə 2019 Nobel Mükafatının qalibi Peter Handke 1990-cı illərdə Yuqoslaviyada müharibə zamanı serb qüvvələri ilə birlikdə olan və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan Slobodan Milosevici dəstəkləməyə davam edir. Yazıçı və siyasətçilər bu olaya reaksiya verib, 60 mindən çox insan mükafat qərarının geri alınmasını tələb edən petisiyaya imza atdıblar.
Bundan öncə Kosovo və Albaniya bu mükafat mərasimini boykot edəcəklərini açıqlamışdılar.
İsveç Akademiyası isə əxlaq rüsvayçılığı ilə əlbəyaxadır. Keçən il Ədəbiyyat üzrə 2018 Nobel Mükafatı akademiyadakı əxlaq rüsvaçılığına görə ləğv edildi. Ona görə bu il eyni vaxtda 2018 və 2019-cu illərin Ədəbiyyat üzrə Nobel mükafatlarının sahibləri elan edildi.