Bazar ertəsi , İyul 27 2026
azfa

Rejimin etirazlar zamanı həbs etdiyi Meysəm Colani zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin etirazlar dövründə Ərdəbildə yaxaladığı azərbaycanlı milli-mədəni fəal Meysəm Colani girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəalın noyabrın 9-da 150 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxıldığı bildirilir.

Meysəm Colani şərlənərk məhkəmə tərəfindən “iğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq”da ittiham olunub.

Qeyd edək ki, Meysəm Colani noyabrın 18-də keçirilən etirazlar zamanı yaxalanaraq Ərdəbil zindanına köçürülmüşdür.

Ata evində ailəsinin gözü qarşısında fəalı yaxalayarkən rejimin təhlükəsizlik qüvvələri onu vəhşicəsinə döymüşlər.

Dekabrın 1-də fəalın ailəsinin 4 üzvü də Ərdəbildə 11 nömrəli Polis Bölməsində 9 saat müddətinə sorğu-suala tutulmuşdur. Onlar Meysəmin vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinə müraciət etdikləri zaman hakimə bir neçə sual verdikləri üçün müvəqqəti olaraq saxlanmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın