Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Economist” yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyəcək”.

Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.

 “The Economist” jurnalında dərc edilmiş məqaləsində Ərdoğan yazıb: “Türkiyənin İsveç və Finlandiyanın (NATO-ya) üzvlüyünə etirazı da indiyə qədər terrorun hədəfi olmuş bütün üzvlərin adına atılan qəti addımdır. Türkiyə bu ölkələrin NATO tərəfindən həyata keçiriləcək terrorla mübarizə əməliyyatlarına dəstək vermələrini arzulayır.

Terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata qoşulmazdan əvvəl bu faktı tanımalıdırlar. Əgər onlar lazımi addımları atmasalar, Türkiyə bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək”.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …