Şənbə , Aprel 27 2024
azfa

Türkiyə Libiya ilə bağlı Afinaya xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb ki, Yunanıstanın Xəlifə Haftarı ölkəsinə çağırması və öz milli gündəmini ön plana çıxarması Liviyaya sülh gətirmə yönündəki cəhdlərə qarşı təxribatdır.

O, Yunanıstanın dialoq yerinə qanuni hökumətlə əlaqələri kəsdiyini vurğulayıb:

“Təəssüf ki, “düşmənimin düşməni dostumdur” anlayışı ilə hərəkət edirlər. Əslində, bunun arxasında Liviyaya qarşı dəniz hakimiyyəti iddiaları dayanır. Ötən illərdə də Krit adasının cənubunda Liviyanın haqq və mənfəətlərini qəsb edəcək şəkildə neft və təbii qaz sahələrini müəyyənləşdirmişdilər”.

Nazir Liviyada qanuni hökumətlə Türkiyə arasında imzalanan əməkdaşlıq sazişinin Yunanıstanda təşviş yaratdığını deyib:

“Bu vəziyyət qarşısında Liviyadakı qanuni hökumət hüquqlarını qorumaq üçün bizimlə razılaşma imzaladı. Yunanıstanın Haftarı ölkəsinə çağırması və öz milli gündəmini ön plana çıxarması Liviyaya sülh gətirmə yönündəki cəhdlərə qarşı təxribatdır. Bu boş səylərin heç bir nəticə verməyəcəyini yunan dostlarımıza xatırlatmaq istəyirik”.

Qeyd edək ki, bazar günü Berlində keçiriləcək Liviya konfransına dəvət edilməyən Yunanıstan Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarı Afinaya cağırıb. Haftar gizlin şəkildə Afinaya gedərək Yunanıstan Baş naziri Kiriakos Miçotakis və Xarici İşlər naziri Nikos Dendiasla görüşüb. Görüş zamanı əsas müzakirə mövzusunun Türkiyə ilə Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərrac arasında əldə edilən Aralıq dənizi razılaşmasının olduğu qeyd edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın