Şənbə , Sentyabr 26 2026
azfa

İran işğalçı Ermənistana ixracatı 2,5 dəfə artırmaqla əlaqələrini genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran işğalçı Ermənistana ixracatı 2,5 dəfə artırmaqla əlaqələrini genişləndirir.

İran Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi bildirib ki, cari ildə Avrasiya ölkələri arasında ən çox ticarət mübadiləsi Ermənistanla həyata keçirilib. Belə ki, ötən 9 ay ərzində Ermənistandan İrana idxalın həcmi 49 faiz artaraq 31 milyon dollar təşkil edib.

O qeyd edib ki, bu dövrdə İrandan Ermənistana ixracatın həcmi 2,5 dəfə artaraq 343 milyon dollara çatıb.

İran xarici ticarət mübadiləsinə ötən 9 ay ərzində Avrasiya ölkələri arasında ən çox dollarla alış-verişi Rusiya ilə həyata keçirib. Belə ki, İrandan Rusiyaya 277 milyon dollar dəyərində mal ixrac olunub və  864 milyon dollar dəyərində mal idxal edilib ki, buda ötən illə müqayisədə ixracatda 41 faiz artım, idxalda isə 7 faiz azalmanın olduğunu göstərir.

Qeyd edək ki, İran və  Avrasiya İqtisadi Birliyi ölkələri arasında güzəştli ticarət haqqında anlaşma memorandumu bu ilin oktyabr ayından qüvvəyə minib.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın