Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyə müdafiə sənayesi şirkətləri dünya sıralamasında

GADTB: “Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün “Defense News Top 100” siyahısı açıqlanıb

“Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün “Defense News Top 100” siyahısı açıqlanıb. Buna əsasən, 2022-ci ildə 3 olan siyahıda Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib.

1)   Ötən il siyahının 49-cu pilləsində olan Hərbi Elektronika Sənayesi şirkəti ASELSAN bu il 47-ci pilləyə yüksələrək Türkiyə şirkətləri arasında liderliyini qoruyub.

2)   “Turkish Aerospace İndustries” anonim şirkəti TUSAŞ keçən il 67-ci yerdə ikən bu il siyahıda 58-ci yerə çıxaraq mühüm sıçrayışa imza atıb.

3)   ROKETSAN 2022-ci ildə 86-cı sırada idisə, 2023-cü ildə 80-ci pilləyə yüksəlib.

4)   Siyahıya ilk dəfə daxil olan “Military Factory and Shipyard Operations İnc” – ASFAT siyahıda 100-cü yerdə qərarlaşıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …