Cümə axşamı , Dekabr 26 2024
azfa

Türkiyə ordusu 78 mövqeni kürd terrorçularından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatının başlanğıcından indiyə qədər 78 mövqedə nəzarəti ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından bildirilib.

Məlumata görə, “Zeytun budağı” əməliyyatı çərçivəsində gecə ərzində Kilisdən terrorçu mövqelərinə artilleriya zərbələri endirilib, Raco və Cinderesdə şiddətli atışmalar davam edib.

32 gün ərzində zərərsizləşdirilən terrorçu sayı isə 1715-ə yüksəlib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatına yanvarın 20-də başlanılıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın