Çərşənbə , Oktyabr 28 2026
azfa

Türkiyə ordusu Afrin şəhərinə girməkdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin Kafer Çil, Birka, Alicaro və Hamoraco kəndlərini terrorçulardan azad edib.

Bundan öncə isə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində strateji əhəmiyyətə malik olan Zirikat və Deyr Müşmüşə kəndlərini terrorçulardan azad edib.

Bu iki kəndin alınması ilə ordu ilə Afrin arasında yalnız 1 dağ və 600 metrlik məsafə qalmışdı. Artıq Türkiyə ordusu şəhərə daxil olmaq ərəfəsindədir.

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində isə 3524 terrorçunu zərərsizləşdirib.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın