Şənbə , Oktyabr 24 2026
azfa

Türkiyə S-400-lərin ikinci partiyasının alınmasına vacib şərt açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə texnologiyasının da verilməsi şərti ilə Rusiyadan S-400 zenit raket kompleksinin ikinci partiyasını almağa hazırdır.

Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Nə qədər ki, ABŞ tərəfindən əlavə sanksiya tədbirləri qəbul olunmayıb, biz risk görmürük. Əgər biz istəsəydik, S-400 komplekslərinin ikinci partiyası bu gün gələ bilərdi, amma bizə birgə istehsal və texnologiyanın verilməsi vacibdir”, – Dəmir bildirib.

Onun sözlərinə görə, Türkiyənin aldığı S-400 sistemləri fəaliyyətə hazırdır və ehtiyac olarsa, istifadə olunacaq.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …