Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Türkiyədə Azərbaycan kinosunun 120 illik yubiley mərasimi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə 25-ci Adana Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçiriləcək.

Mərasim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY tərəfindən birgə təşkil olunacaq.

Adana Atatürk Sənət Qalereyasında keçiriləcək mərasimdə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimlərinin, eləcə də xarici qonaqların iştirakı nəzərdə tutulur. Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı, tanınmış kinorejissor Ayaz Salayev və ssenarist Elşad Əliyev Azərbaycanın milli kinosunun tarixi barədə iştirakçılara müfəssəl məlumat verəcəklər. Sonra Azərbaycan kinosunun tarixi ilə bağlı sənədli film kinosevərlərin qonağı olacaq.

Festival çərçivəsində Azərbaycan kinosunun tarixini və inkişaf istiqamətlərini əks etdirən fotosərgi qurulacaq, “İçəri şəhər” bədii filmi nümayiş olunacaq.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın