Bazar , Oktyabr 18 2026
azfa

Türkiyədə baş verən güclü zəlzələ dəhşətli dağıntıya və tələfata səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə baş verən güclü zəlzələ dəhşətli dağıntıya və tələfata səbəb olub.

Zəlzələnin baş verdiyi 7 bölgədə 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraş şəhərinin valisi Ömər Faruk Coşkunun sözlərinə görə, hazırda ölən və yaralananların sayını demək mümkün deyil, zərər ciddidir.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …