Türkiyədə Malazgirt zəfərinin 947-ci ildönümü təntənə ilə andı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümünü təntənə ilə qeyd edir.

Bu münasibətlə ölkə ərazisində bayram mərasimləri, eləcə də elmi konfranslar keçirilir. Ən böyük mərasimlər Muş vilayətinin Malazgirt rayonunda yerləşən “Malazgirt meydan müharibəsi tarixi milli parkında” və Bitlisin Ahlat rayonunda təşkil olunub.

Bayramsayağı bəzədilən küçə və meydanlarda böyük türk xalqının rəşadətli həyat yolu şərəflə anılır.

Qeyd edək ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyojenin ordusuna qarşı döyüşərək tarixi zəfər qazanıb. Səlcuqların sayca az, lakin cəsur və yenilməz qüvvəsi qarşısında tab gətirməyən Bizans İmperatorluğu süqut edib. Beləliklə də Böyük Səlcuq İmperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün tarixi şans əldə olunub.

 

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın