Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Türkiyədən İrana xəbərdarlıq: Körfəz ölkələri qısas ala bilərlər

GADTB: Körfəz ölkələri Tehrana son xəbərdarlıqlarını veriblər və İslam Respublikasının hücumları davam edərsə, qisas almaq məcburiyyətində qala bilərlər.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Middle East Eye”nin məlumatına görə, Ər-Riyadda keçirilən regional görüşdə Fidan, Körfəz ölkələrinin İran hökumətinin onları niyə hədəf aldığı sualını qaldırdığını bildirib.

Onun sözlərinə görə, körfəz ölkələri bu müharibənin başlamasında heç bir rollarının olmadığını iddia edir və bunu “ayrı bir məsələ” hesab edirlər.

Fidan əlavə edib ki, region ölkələri onlara edilən hücumun ədalətsiz olduğuna və İslam Respublikasının hərəkətlərinə cavab verilməli olduğuna inanırlar.

“Onlar həmçinin deyirlər ki, İran təkcə hərbi bazaları deyil, həm də mülki infrastrukturu və iqtisadi hədəfləri hədəf alıb və bu, qəsdən törədilmiş bir hərəkətdir”,- Hadan Fidan əlavə edib.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …