Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyədən Kipr razılaşmalarına qarşı təşəbbüslərə sərt etiraz

GADTB: Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr razılaşmalarına və beynəlxalq hüquqa ziddir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Heç bir legitimliyi olmayan və nəticələri yaxşı düşünülməyən bu cür addımlar adanın cənubu üçün təhlükəli nəticələr yarada bilər. Bölgədəki həssas tarazlıqları nəzərə almayan və Türkiyə ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) hüquq və maraqlarını hədəf alan hər hansı hərbi birliyin Türkiyəyə qarşı uğur qazanmaq şansı yoxdur. Türk Silahlı Qüvvələri isə Kipr türklərinin təhlükəsizliyini təhdid edən belə addımlara qarşı ən sərt cavabı verməyə hazırdır”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …