Cümə , Dekabr 27 2024
azfa

Türkiyədən ordusunun Afrinfə yeni qələbəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Afrində PYD terror qruplaşmasının Türkiyə sərhədi ilə bağlantısı qopmaq üzrədir.

Türkiyə ordusunun Afrin istiqamətində irəliləməsi nəticəsində Kilislə sərhəddə yerləşən ərazi terrorçulardan tamamilə təmizlənib.

Məlumata görə, uğurla davam etdirilən Afrin əməliyyatı nəticəsində PYD-nin nəzarətində Türkiyə ilə sərhəddə yalnız Hatay və Qaziantep istiqamətində 10 kilometrlik bir sərhəd xətti qalıb. Türkiyə Silahlı Qüvvələri və ASO bu bölgələrdə nəzarəti ələ keçirdikdən sonra terror qruplaşmasının Türkiyə sərhədi ilə əlaqəsi tamamilə kəsiləcək.

Bu arada isə PYD terror qruplaşması Hələbin mərkəzində nəzarət etdiyi mövqeləri Bəşər Əsəd rejiminə təhvil verdiyi söylənilir.

Bu addımın PYD-YPG-Əsəd ittifaqının Afrinlə bağlı razılığı əsasında atıldığı iddia edilib.

Məlumata görə, Hələbdə nəzarəti Əsəd rejiminə təhvil verən PYD terrorçuları Afrin istiqamətində yola düşüb.

Qeyd edək ki, YPG-PYD terror qruplaşmalarının Afrinlə bağlı Əsəd rejimi ilə razılıq əldə etdiyi, bu razılıq əsasında Suriya ordusunun Afrinə daxil olacağı bildirilmişdi.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın