GADTB: İlk türkiyəli kosmonavt Alpər Gezeravcının uçuşu yanvarın 17-nə təxirə salınıb.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.
“Uçuş 17 yanvar 2024-cü ildə baş tutacaq. Əvvəllər bunun yanvarın 9-na planlaşdırıldığını bildirmişdik. Lakin “Speys X”in uçuşumuzdan əvvəl planlaşdırdığı buraxılışı daha gec həyata keçirəcəyinə görə, astronavtımızın yola düşmə tarixi 7-8 gün ertələnir”, – nazir bildirib.
Nazir qeyd edib ki, missiya zamanı bir sıra elmi təcrübələrin və müşahidələrin aparılması planlaşdırılır.