GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı faciəsini əks etdirən abidənin açılış mərasimi keçirilir.
Mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, azərbaycanlı millət vəkilləri, Rusiya Dövlət Dumasının üzvləri iştirak edir.
Xocalı abidəsi Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi və Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə salınıb.