Bazar , Noyabr 29 2026
azfa

Türkiyənin yardımına görə Amerikanın müxtəlif rəsmiləri təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin koronavirus pandemiyası ilə bağlı yardımına görə Amerikanın müxtəlif rəsmiləri, o cümlədən xarici işlər naziri Pompeo təşəkkür etdi.

Həmçinin Türkiyənin ABŞ-a etdiyi yardımla əlaqədar məhz Pentaqondan reaksiya verilməsi diqqət çəkib.

ABŞ Müdafiə Nazirliyinin Avropa və NATO üzrə səlahiyyətli nümayəndəsi Mişel Rayan Türkiyəyə yeni növ koronavirusla mübarizə çərçivəsində göndərdiyi yardımdan dolayı təşəkkür edib.

“Türkiyə kimi biz də müttəfiqlərimizə yardım edirik. Türkiyə NATO çərçivəsində yardım göndərdi”, – Rayan qeyd edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

Bir cavab yazın