Cümə , Dekabr 27 2024
azfa

Türklər Rusiyanı necə böyük dövlətə çevirdi

GADTB: Əslində, Moskva mordva torpağıdır. “Moskva” sözü rus dilində bir məna ifadə etmir. Mordva isə “bataqlıq yer” deməkdir.

Bunu Axar.az-a tarixçi Kərəm Məmmədov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Damir Muhetdinovun rus dövlətinin formalaşmasında türk-müsəlman dünyasının rolunun böyük olması barədə açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, D.Muhetdinovun dedikləri tarixi faktları əks etdirir:

“Keçmiş Kiyev dövləti knyazlıqlara parçalanandan sonra əvvəlcə Çingiz xanın yürüşləri zamanı hücuma məruz qalıb. Batı xanın dövründə isə artıq Qızıl Ordadan (1240-1502) vassal asılılığında olub və daim xərac verirdi. Moskva knyazları Qızıl Ordanın icazəsi olmadan hakimiyyətə heç kimi gətirə bilməzdilər. Düzdür, əvvəllər Vladimir, Tver, Kiyev kimi knyazlıqlar var idi. Bunlardan ən böyüyü Tver knyazlığı idi və başçısı Qızıl Orda xanı tərəfindən təyin edilmişdi. Krım torpaqlarından vergini də məhz Tver knyazı toplamalı idi. Sonradan bu vəzifəni Moskva knyazı İvan Kalita ələ keçirdi. Moskva knyazlığı həmin dövrdə çox balaca bir şəhər idi. Bu şəhər 1147-ci ildə salınmışdı. Sonralar İvan Kalita Qızıl Orda başçısının xanımına tez-tez hədiyyələr aparmağa başladı.

Beləliklə, bir müddət keçdikdən sonra xan vergi yığılması məsələsini İvan Kalitaya həvalə edir. İvan Kalita vəzifəsinin icrasına başlayandan bir müddət sonra vergilərin xeyli hissəsini özünə götürür. “Kalita” sözünün mənası da “pul kisəsi” deməkdir. Moskva knyazlığı da məhz bu cür varlanıb”.

K.Məmmədovun sözlərinə görə, ruslar Qızıl Orda dövründə müstəqilliyə cəhd etsələr də, uzun müddət türklərin əsarəti altında olublar:

“Yavaş-yavaş güclənməyə başlayan ruslar, belə desək, “buynuz göstərməyə” başlayır. Kulikovo döyüşündə Qızıl Orda xanı Mamay məğlub edilir. Lakin cəmi iki il sonra (1382) Toxtamış (1380-1395) onları yenidən cəzalandırır. Sonrakı dövrlərdə ruslar nəinki Qızıl Ordanın özünə, hətta bu dövlət parçalandıqdan sonra onun bir hissəsi olan Krım xanlığına ildə bir milyon qızıl xərac verirdi.

Rusiyanın elə bir qədim tarixi yoxdur. Yalnız 16-cı əsrdən bəri Rusiya güclənməyə başlayıb. Ondan əvvəlki dövrdə, təbii ki, 1480-ci ilə qədər Qızıl Ordadan asılı olub. Rusiyada dövlətçiliyin formalaşmasında türk-müsəlman birliyinin təsiri çox güclü olub”.

Qeyd edək ki, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Damir Muhetdinov Rusiya dövlətçiliyinin öz başlanğıcını Qızıl Ordu dövlətindən götürdüyünü, bu dövlətin formalaşmasında türk-müsəlman dünyasının böyük rol oynadığını bildirib.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın