GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda “Fitilə” etirazları ilə əlaqədar tutulan 3 milli fəalın apelyasiya məhkəməsinə baxılıb.
Avqustun 18-də keçirilən apelyasiya məhkəməsində azərbaycanlı fəallar Beytullah Bərzgər, Sina Qurbani Ərşad və Siyamək Qardaşi haqqında birinci instansiya məhkəməsinin çıxardığı hökm təsdiqlənib.
Qərara əsasən, şallaq hökmü və həbs cəzası qüvvədə qalmaqla hökmün icrası şərti olaraq 3 il müddətinə təxirə salınır. 3 il müddətində fəalların hər hansısa bir oxşar hadisələrlə əlaqəsi olarsa, verilən hökm icra olunacaq.
Qeyd edək ki, 2015-ci il noyabrın 6-da irq,i fars rejimin televiziyasında yayımlanan “Fitilə” televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu. Etirazlarda yüzlərlə azərbaycanlı milli-mədəni fəal saxlanılmışdı.