Çərşənbə , İyun 10 2026
azfa

Türkmənlər Tiraxturu himayə məqsədilə Təbrizə gələcəklər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənsəhranın sosial şəbəkələrində yayılan məlumata görə, Güney Türkmənistanın türkmənləri Güney Azərbaycanın Tiraxtur komndasını Tehranın Perspolis komandası qarşısında himayə etmək məqsədilə Təbrizə gələcəklər.

Məşhur türkmən futbolçu Sərdar Azimun Azərbaycan türk millətinin daşqınla üz-üzə qalan türkmənlərə yardımına minnətdarlığını bildirmək məqsədilə türkmən tərəfdarları Təbrizə gətirməyi qərara alıb.

Artıq Təbrizə gəlmək istəyən türkmən tərəfdarların adları siyahıya alınır.

Qeyd edək ki, Güney Azərbaycanda Tiraxtur tərəfdarları rejimin Türkmənsəhranı sel və daşqına qərq etdiyi vaxt öz dildaşlarının yardımına getdilər. Bu da türk həmrəyliyinə ciddi təkan verib.

Həmçinin yoxlayın

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

Bir cavab yazın