
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xarkov istiqamətində Ukrayna hərbçiləri uğurlu əks-hücum əməliyyatı keçirir və üç gün ərzində demək olar ki, 50 km irəliləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna Silahlı Qüvvələri yerli əhalinin dəstəyi ilə 3 gün ərzində demək olar ki, 50 km irəliləyib. Düşmənin ayrı-ayrı bölmələri xeyli itki verib. İşğalçılar yaralı şəxsi heyəti və zədələnmiş hərbi texnikanı Olxovatka və Borodoyarskoye yaşayış məntəqələri ərazilərinə çıxarmağa çalışırlar. Onların mülki geyimli şəxsi heyəti fərariliyə əl ataraq Rusiya ərazisinə qayıtmağa çalışır. Gün ərzində 15-dən çox belə hal qeydə alınıb”, – məlumatda deyilir.Ukrayna rusların ön xəttini yardı, 20 km irəlilədi
Ukrayna qüvvələri yaxın 72 saat ərzində Rusiyanın ölkənin şərqindəki təchizat marşrutlarını pozub, Kupyanski azad edə bilər.
“Sentyabrın 8-də Xarkov vilayətində əks-hücuma keçən Ukrayna qüvvələri Rusiyanın Kupyanskidəkı əsas ön cəbhə xəttindən 20 kilometr dərinliyə irəliləyiblər. Onlar yaxın 72 saat ərzində Rusiyanın İzyumla quru əlaqə xətlərini ciddi şəkildə azaldan, lakin tamamilə kəsməyən Kupyanski ələ keçirə bilər”, – məlumatda deyilir.
Ukrayna müharibənin 198-ci günü üçün isə Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bildirilib ki, Rusiya indiyə qədər 51 900 hərbçi, 2122 ədəd tank, 4 575 ədəd zirehli döyüş maşını, 1 237 ədəd artilleriya sistemi, 306 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 159 hava hücumundan müdafiə sistemi, 239 ədəd hərbi təyyarə, 211 ədəd helikopter, 3 399 ədəd avtomobil texnikası, 888 ədəd PUA, 214 qanadlı raket, 15 gəmi/qayıq, 114 xüsusi avadanlıq itirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi