Ukrayna rus ordusunu Kiyev yaxınlığında məğlub etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Kiyevin şimal-şərqində yerləşən Brovarıda rus qoşunlarının alayını məğlub edib və onun komandiri polkovnik A.Zaxarovu məhv edib.

Bunu Ukrayna Müdafiə Nazirliyi elan edib.

“İşğalçı alayın komandiri polkovnik Zaxarov məhv edilib. Kiyev vilayətinin Brovarı rayonunda gedən döyüş zamanı Mərkəzi Komandanlığın 90-cı tank diviziyasının 6-cı tank alayının (Çebarkul) tabor taktiki qrupu (BTQr) zərər çəkib. Heyət və texnikada əhəmiyyətli itkilər var”, – nazirlik Twitter-də bildirib.

CNN Rusiya hərbi kolonyasının hücuma məruz qaldığını və geri çəkildiyini göstərən müdafiə nazirliyi tərəfindən paylaşılan videonun coğrafi yerini müəyyənləşdirib və təsdiqləyib.

Ukrayna Silahlı Qüvvələri qəzanın nəticələrini əks etdirən videoları paylaşıb və orada bir sıra məhv edilmiş avtomobillər əks olunub.

Xatırladaq ki, Rusiya qüvvələri paytaxtın mühasirəsini başa çatdırmaq üçün şimal-şərqdən və şərqdən Kiyevə yaxınlaşır, lakin Ukraynanın tank əleyhinə silahları onları indiyədək saxlayıb.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …