Bazar , Noyabr 22 2026
azfa

Ukrayna Rusiyanın 15 minə yaxın hərbçisini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Rusiyanın 15 minə yaxın hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“İşğalçıların 498 ədəd tankı, 1535 ədəd zirehli döyüş maşını, 240 ədəd artilleriya sistemi, 45 ədəd havadan müdafiə sistemi, 97 ədəd hərbi təyyarəsi, 121 ədəd helikopteri, 969 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 24 ədəd dronu məhv edilib” – məlumatda vurğulanıb.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin qərbində yerləşən Makariv qəsəbəsini işğaldan azad edib. Bu haqda sosial şəbəkələrin Ukrayna seqmentində məlumat yayılıb.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …