Cümə axşamı , Aprel 25 2024
azfa

Ukrayna Rusiyanın 15600 hərbçisi, yüzlərlə təyyarə və tankını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Rusiyanın müharibə başladığı gündən indiyə qədər olan itkiləri haqda məlumatı yeniləyib. Ukrayna Müdafiə Nazirliyi artıq düşmənin 15600-ə yaxın əsgərinin məhv edildiyini bildirib.

Qeyd edilib ki, 22 mart gecə saatlarına qədər olan məlumata görə, Rusiya 517 tank, 1578 hərbi zirehli maşın, 267 artilleriya sistemi, 80 reaktiv yaylım atəş sistemi, 47 hava hücumundan müdafiə sistemi, 101 (Hava Qüvvələrinin məlumatına görə – 105) təyyarə, 124 helikopter, 1008 avtomobil texnikası, 4 gəmi/kater, 60 yanacaq-sürtkü materialları sisterni, 42 PUA, 15 xüsusi texnika itirib.

“Qardian”nın məlumatına görə isə Rusiya Ukraynada gücünün 10%-ni itirib. Rusiya ordusu Ukraynada xeyli canlı qüvvə və texnika itkisi verib. Ukraynaya genişmiqyaslı hücumun başlaması ilə müqayisədə işğalçıların döyüş gücü 90%-dən aşağı düşüb.

Məlumata görə, Rusiyanın xeyli itki verməsinə baxmayaraq, hələ də resursları var.

ABŞ-ın hesablamalarına görə, Kreml işğaldan əvvəl Ukrayna ətrafında 150 mindən çox hərbçi, həmçinin təyyarə, artilleriya, tank və digər atəş gücünə malik olub.

 “Biz Rusiyanın döyüş gücünün 90%-dən bir qədər aşağı olduğunu təxmin edirik. Onlar çox xərcləyirlər, lakin payızın əvvəlindən çoxlu qüvvələr də toplayıblar”, – ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

ABŞ rəsmisi rus ordusunda mənəvi-psixoloji vəziyyəti, komanda-idarəetmə problemləri, çağırışçıların müqaviməti və Kiyevə doğru irəliləməkdə problemlərinin olduğunu da bildirib:

 “Onlar Kiyevdən təxminən 30 kilometr şərqdədirlər. Rusların müxtəlif səviyyələrdə və müxtəlif yerlərdə mənəvi problemləri var. Onlar bu səviyyədə müqaviməti gözləmirdilər. Bəzilərinə (çağırışçılar – red.) Ukrayna daxilində həqiqətən nə edəcəkləri deyilməyib. Bundan əlavə, Rusiya hərbçiləri logistik problemlərdən əziyyət çəkir. İnanırıq ki, onların təkcə rabitə deyil, komandanlıq və nəzarət baxımından da problemi var. Yəni demək istəyirəm ki, onlar bu qədər uzun müddət üçün bu intensivlikdəki əməliyyatlara tam hazır deyildilər”.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …