Cümə , Sentyabr 25 2026
azfa

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Avstraliyada Beynəlxalq Novruz Bayramı tədbirində- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti və Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayil bəy Oyta və GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun Avstraliyada Beynəlxalq Novruz Bayram tədbirinə dəvət alıb və həmin tədbirə qatılıblar.

Tədbir bu gün 23 martda Avstraliyanın Yeni Güney Ulelz (NSW) əyalətinin parlamentinin bağçasında keçirilib.

Avstraliya dövlət rəsmiləri və parlament nümayəndələrinin də qatıldığı tədbirdə Avstraliya-Azərbaycan Assosiyasiyası tərəfindən həmin Assosiyasiyanın prezidenti sayın Mikayıl bəy Oyta Novruz bayramı münasibəti ilə çıxış edib. O, bu bayramın özəlliklərindən danışaraq, bütün iştirakçıları bayram münasibətilə təbrik edib, onlara bol ruzi-bərəkət arzu edib.

Tədbirə Güney Azerbaycan Demokratik Türk Birliyi (GADTB) tərəfindən isə GADTB Qadın Məsələləri və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun qatılıb.

Tədbirə Avstraliyanın Yeni Güney Ulelz (NSW) əyalətinin rəsmilərindən, o cümlədən çoxlu millət vəkili və Sidney şəhərinin bələdiyyə başqanı, eləcə də Novruz bayramını qeyd edən millətlərdən bəziləri, o cümlədən əfqanlar, pakistanlılar, hindlilər və farslar qatılıblar.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …