Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna Rusiyanın 15800 hərbçisi və yüzlərlə təyyarəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Rusiyanın təxminən 15800 hərbçisini məhv edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 24 fevraldan bugünədək Rusiyanın 530 tankı, 1597 hərbi zirehli maşını, 280 artilleriya sistemi, 47 HHM sistemi, 124 helikopteri, 108 təyyarəsi, 1033 avtomobil texnikası, 4 gəmisi və 50 PUA-sı sıradan çıxarılıb.

Həmçinin Ukrayna ordusu işğal altındakı Berdyansk limanında Rusiya ordusuna məxsus desant gəmisini vurub. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.

“İşğalçıların Qara dəniz donanmasının “Orsk” adlı iri desant gəmisi işğal altındakı Berdyansk limanında məhv edilib”, – məlumatda bildirilir.

Berdyansk limanında gəminin yanması və partlayışların görüntüləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin Feysbuk hesabında da paylaşılıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …