Çərşənbə , İyun 10 2026
azfa

Ukrayna Rusiyanın 33350 hərbçisini öldürüb, 1465 tank, 3573 zirehli maşınını vurdub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ukraynada hərbi əməliyyatlar başlayandan iyunun 18-nə qədər Rusiya Silahlı Qüvvələrinin itkiləri 33350 hərbçi təşkil edib”. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1465 tank, 3573 zirehli maşın, 739 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 180 helikopter, 594 operativ-taktiki PUA, 129 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika təşkil edib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin ən böyük itkiləri Slavyansk, Baxmut və Krivoy Roq istiqamətlərində qeydə alınıb.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …