Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna Rusiyanın çox sayda hərbçisi və hərbi texnikasını məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 16400 rus hərbçisi məhv edilib.

Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1131 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …