Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran televiziyası Novruzdan irqçi məqsədləri üçün istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Dövlət Teleradio Şirkəti Azərbaycan və Tacikistandan Novruz bayramı ilə bağlı hazırladığı videoçarxda fars şovinizminə xas ədəbiyyatdan istifadə edib.

Azərbaycandan hazırlanan hissədə İRİB-in müxbiri Novruz bayramının guya “İranın mədəniyyət arealına daxil olan ölkələr”in mühüm bayram mərasimlərindən olduğunu deyir.

Süjetdə jurnalist paniranist ədəbiyyatı qabardır.

Habelə Novruz bayramının təkcə İrana aid olduğu və guya sonradan onun digər xalqların mədəniyyətlərinə daxil olduğu fikri təlqin edilib.

Qeyd edək ki, İran hər vəhclə Azərbaycan da daxil olmaqla bir çox türk ölkələrinin  mədəniyyətini, eləcə də tarixi və ədəbi şəxsiyyətlərini özününküləşdirməyə və onlar barədə həqiqətləri saxtalaşdırmağa cəhd göstərir. Bununla da İran hökuməti mədəni cəhətdən zəngin olmayan keçmişini doldurmağa çalışır.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …