Cümə , Noyabr 14 2025
azfa

Ümumdünya Səhiyyə Təşkilatı İranda koronavirusla bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ümumdünya Səhiyyə Təşiklatının (ÜST) rəhbəri Tedros Abhanom deyib ki, Koronavirusun Çin xaricində sürətlə yayılması böyük narahatlıq yaradır.

 “Bu virusu nəzarətdə saxlamaq üçün lazım olan vaxt getdikcə azalır. Bu şansı qaçırsaq, o zaman əsl problem başlayar. Bir gün geriyə baxıb bu zamandan istifadə etmədiyimiz üçün peşman olmamalıyıq”, – deyə ÜST rəhbəri bildirib.

Abhanom İranda koronavirusdan ölənlərin sayının artması, Livanda ilk koronavirusa yoluxma halının qeydə alınması olaylarının həyəcan təbili olduğunu söyləyib.

Qeyd edək ki, GADTB saytı təxminən bir ay öncədən irqçi fars rejimin, xüsusi rejimin terrorçu sepah təşkilatının hərəkətləri və koronovirusu yayma niyyətini görərək xəbərdarlıq etmişdi.

Həmçinin yoxlayın

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 …

Urmiya gölünün böhranlı vəziyyəti gündən günə artır

GADTB: Bir vaxtlar Güney Azərbaycanın mavi cəvahiri sayılan Urmiya gölü hələ də su çatışmazlığı və …

Bir cavab yazın