Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

UNICEF İranda etirazlar zamanı saxlanılan uşaqların dərhal azad edilməsini tələb edib

GADTB: UNICEF rəsmi bəyanat yayaraq İranda etirazları zamanı saxlanılan uşaqların vəziyyətindən narahatlığını bildirib və onların dərhal azad olunmasına çağırıb.

Bəyanatda deyilir: “UNICEF etirazlarla əlaqədar saxlanılmış uşaqların hələ də həbsdə saxlanıldığına dair məlumatlardan dərin narahatdır.”

Qurum vurğulayıb ki, saxlanılan uşaqların dəqiq sayı və saxlanma şəraiti təsdiqlənməsə də, bütün saxlanılmış uşaqlara dərhal və müstəqil çıxış təmin olunmalıdır ki, onların vəziyyəti və onlarla rəftar araşdırılsın.

UNICEF həmçinin uşaqların həbsinin mənfi təsirləri barədə xəbərdarlıq edib: “Azadlıqdan məhrumetmənin uşaqlar üzərində mənfi təsirləri yaxşı sənədləşdirilib. Uşaqlar ‘kiçik böyüklər’ deyillər və xüsusi qayğıya ehtiyac duyurlar. Azadlıqdan məhrumetmə uşağın inkişafına ömürboyu təsir göstərə və ümumilikdə cəmiyyətin gələcəyinə zərər verə bilər.”

Bəyanatda qeyd olunur ki, azadlıqdan məhrum edilmiş uşaqlarla humanist və ləyaqətli rəftar olunmalı, onların ailələri ilə müntəzəm əlaqə saxlamasına imkan yaradılmalıdır. Bunun beynəlxalq hüquq çərçivəsində məcburi öhdəlik olduğu vurğulanıb. UNICEF əlavə edib ki, İranda etirazlarla bağlı saxlanılan uşaqların həbslərinə son qoyulmalı və onlar dərhal azad edilməlidir.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …