Urmiya gölündə suyun səviyyəsi keçən ildən daha 10 sm azalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya gölündə suyun səviyyəsi keçən ilə nisbət 10 sm azalıb 

Urmiya Gölünün Bərpası Qərargahının Qərbi Azərbaycan üzrə rəisi Fərhad Sərxoş bu barədə məlumat verərək deyib ki, Urmiya gölündə suyun həcmi 4.53 milyard kubmetə düşüb. Ötən ilin oxşar dövrü ilə müqayisədə suyun həcmi 31 milyon kubmetr azalıb.

Sərxoş həmçinin deyib ki, su səviyyəsi keçən illə müqayisədə 10 santimetr azalıb. Həmçinin gölün ərazisi 3 min 74 kvadrat kilometr olub. Yəni keçən illə müqayisədə 66 kvadrat kilometr azalıb.

Qeyd edək ki, Həsən Ruhani yalandan idda edirdi ki. Urmiya gölünü qurtarıblar. Lakin faktlar göstərir ki, onun sözləri yalandır və azacıq artım da yağıntının artması ilə bağlı idi ki, o da artıq quruyub.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın