Cümə axşamı , Oktyabr 22 2026
azfa

Urmiya gölünü qurudan molla rejimi Xəzərdən Semnana su kəməri çəkir

GADTB: Urmiya gölünü qurudan irqçi fars-molla rejimi Xəzərdən Semnana su kəməri çəkir.

Quraqlığın aradan qaldırılması və kənd təərrüfatının dirçəldilməsi məqsədilə Xəzər dənizindən Semnan əyalətinə su kəmrinin çəkilməi layihəsi yenidən aktivləşdirilib.

Məlumatın yayılması müxtəlif reaksiyalarla qarşılaşıb və bir çox mütəxəssislər bunu “qalmaqallı” layihə adlandırıblar.

Onların fikrincə, milyardlarla dollara başa gələcək layihə həm də ətraf mühitə ciddi ziyan vuracaq.

Qeyd edək ki, 2012-ci ildən gündəmdə olan bu layihə hazırda geniş ekoloji və ekspert müqavimətinə baxmayaraq, boru kəmərinin marşrutu və yol xəritəsinin müəyyən edilməsi ilə yeni tədqiqat mərhələsinə qədəm qoyub. Molla rejimi səhralıqlara su çəksə də Urmiya gölünü qəsdən qurudub.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …