Cümə , Oktyabr 2 2026
azfa

Urmiya gölünün acınacaqlı vəziyyəti ilə bağlı UNESCO-ya müraciət olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı fəallar İran hakimiyyətinin gölün bərpası barədə tədbrisizliyi və laqeydliyinə ilə bağlı BMT-nin UNESCO təşkilatına videomüraciət ünvanlayıblar.

Müraciətdə 30 min illik ömrü olan Urmiya gölüünn qurudulması ilə bölgənin duz çölünə çevrildiyi və nəticədə turizm sahəsi üçün marağını itirdiyi qeyd olunub.

Müraciətdə bildirilib ki, tədbirsizliyə görə quruma nəticəsində əsasən xərçəng və tənəffüs xətəlikləri artır və bölgəyə məxsus heyvanların, o cümlədən Artemia Urmiana, maral, flaminqo və pelikanların yaşam məskəni məhv edilir.

Müraciətin davamında bölgədə su və qida təmini resurslarının azaldığı və duz qasırğaları nəticəsində yaxın şəhərlərin boşalacağı vurğulanıb.

Bölgədə humanitar faciənin qarşısını alamq məqsədi ilə UNESKO tərəfindən gölün bərpası istiqamətində ciddi tədbirlərin görülməsi və hərəkətə keçməsi xahiş olunub.

Qeyd edək ki, Urmiya gölü Birləşmiş Millətlərin Təlim, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qorunan bölgələri sırasında olmaqla İranın milli parkları siyahısına daxildir. Lakin irqçi fars-molla rejimi qəsdən gölü qurudub, Güney Azərbaycanı xarabaya çevirir.

Həmçinin yoxlayın

Muğanın Parsabad ş\hərində bir bloqer “rejim əleyhinə təbliğat” və “yalan məlumat yaymaq” ittihamları ilə saxlanılıb

GADTB: Muğanın Parsabad şəhərində sosial media fəalı və “Instagram” bloqeri təhlükəsizlik qurumları tərəfindən müəyyənləşdirildikdən sonra …

Molla rejimi bəluçları qətliam etmək üçün yetişdirdiyi yüzlərlə Fatimiyyun terror dəstəsini Bəluçistana yerləşdirib

GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində …