Şənbə , Oktyabr 17 2026
azfa

İrəvan və Yeni Delhi arasında İrandan keçən ticarət yolunun açılması planlaşdırılır

GADTB: “Sputnik Armenia” xəbər verir ki, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur.

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bu barədə deyib:

“Məqsədimiz budur ki, Hindistanın Mumbay limanından Ermənistana İrandan Çabahar limanı vasitəsilə keçməklə düzgün fəaliyyət göstərən ticarət marşrutunun olması üçün bu ilin may ayına qədər bütün məsələləri həll edək”.

Qeyd olunub ki, ticarət yolunun açılması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə ticarət dövriyyəsini kəskin artıracaq./ Azad İran

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …