Cümə , Oktyabr 16 2026
azfa

Urmiya gölünün qurudulması ekoloji fəlakətə səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün qurudulması ekoloji fəlakətə səbəb olu.

Artıq küləklər nəticəsində Urmiya gölünün qurumuş yatağından qalxan duz kütlələrinin yayılma miqyası ortalama 20 kilometrə çatır. Bu barədə Zəncan Universiteti tədqiqatçılarının ekoloji problemlə bağlı araşdırmalarında qeyd olunub.

Araşdırmaların nəticəsi ilə bağlı hesabatda bildirilir ki, bu su hövzəsi Dəclə və Fərat düzənlikləri və Afrika səhrası kimi mənbələrdən bu əraziyə köçən toz qatlarından güclü şəkildə təsirlənir. Su hövzəsində ekoloji tarazlığın tənzimlənməyəcəyi və önləyici tədbirlərin görülməyəcəyi təqdirdə qarşıdakı illərdə daha ciddi ekoloji problemlərin yaranması qaçılmazdır.

Qeyd edək ki, son illər Urmiya gölünün qurumuş yatağından qalxan duz fırtınaları Şərqi və Qərbi Azərbaycan əyalətlərinin böyük hissəsini təhdid edir. Ekoloqların dediyinə görə, gölün qurumasının qarşısının alınmayacağı təqdirdə bölgədə yaşayış mümkün olmayacaq və bu, 14 milyon insanın başqa bölgələrə köçünə səbəb olacaq.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …