Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı hüquqları müdafiəçisi Azita İskəndəriyyun cərimələndi

Güney Azərbaycanın Zəncan bölgəsindən olan azərbaycanlı hüquq müdafiəçisi Azita Eskandrian “rejim əleyhinə təbliğat”da ittiham edilərək 91 gün həbs cəzası alıb. O, məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq zaminə buraxılıb.

Zəncan şəhərinin İnqilab Məhkəməsinin verdiyi qərara əsasən hüquq müdafiəçisinin 3 ay həbs cəzası 4 milyon tümən cərimə cəzasına dəyişdirilib.

Bundan əvvəl Zəncan prokurorluğunun hökmü ilə saxlanılaraq dindirilən hüquq müdafiəçisi “hökumətə qarşı təbliat”da ittiham edilib.

Qeyd edək ki, azərbaycanlı hüquq müdafiəçisifəal bundan əvvəl də bir neçə dəfə dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb. Azita İskəndəriyyun qadın hüquqlarını müdafiəsi ilə yanaşı, mədəni və ictimai fəaliyyətləri ilə də tanınır.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …