Urmiya gölünün quruması ilə Azərbaycan əyalətləri köçürülməli olacaq

GADTB: Tehran Universitetinin Su İnstitutunun direktoru Bənövşə Zəhrai deyib ki, Urmiya gölünün quruması ilə İranda Azərbaycan əhalisini qəbul edə biləcək bir yer yoxdur.

Zəhrai deyib: “Urmiya gölünün quruması, təkcə duz fırtınaları və əkinçilik sahələrinin məhv olması ilə nəticələnmir, həm də, bölgə əhalisi arasında qorxulu xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin artmasına səbəb olur”.

Zəhrai, gölün qurumasının Qərbi və Şərqi Azərbaycan əyalətlərində temperaturun bir neçə dərəcə artmasına da səbəb olduğunu söyləyib.

O həmçinin deyib: “Belə ki, bu il Təbrizdə isti günlərin orta temperaturu əvvəlki illərlə müqayisədə iki dərəcə yüksək olub”.

Bənövşə Zəhrai Aral dənizinin qurumasının fəsadlarından əldə edilən təcrübəyə diqqət çəkib və Urmiya gölünün qurumasının da iki Azərbaycan əyalətində misli görünməmiş fəlakətə səbəb olacağı barədə xəbərdarlıq edib: “Əgər Urmiya gölü də regionda həddindən artıq kənd təsərrüfatı istehsalı səbəbindən Aral gölü kimi  faciəli aqibətə düçar olsa, bunun nəticəsində bütün Qərbi və Şərqi Azərbaycan əyalətləri məhv olacaq”.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …